Bu xəttə yeni avtobuslar  verildi
23 iyun 2025 10:32 (UTC +04:00)

Bu xəttə yeni avtobuslar verildi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda Çinin “King Long” markalı 10 avtobusu istismara verilib.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata əsasən, 2025-ci ilin istehsalı olan müasir və komfortlu avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir. Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq. Daşıyıcı tərəfindən sifariş edilən yeni avtobuslar hesabına xəttə çıxan nəqliyyat vasitələrinin sayı artırılaraq 24-ə çatdırılacaq.

Artıq 525 nömrəli marşrut avtobuslarında ödəniş nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə həm yeni, həm də mövcud olan nəqliyyat vasitələrində müvafiq avadanlıq quraşdırlıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar