Göyçayda fərdi evlərdə karantin qaydaları pozulan toy mərasimləri
08 avqust 2021 13:12 (UTC +04:00)

Göyçayda fərdi evlərdə karantin qaydaları pozulan toy mərasimləri

Bu toy sahibləri 50 nəfər həddini keçdikləri üçün cərimələndilər-FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Göyçay şəhəri, rayonun Qaraməryəm, Çərəcə, İnçə kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən toy məclislərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin qaydalarını pozan toy sahibləri Əliqan Tahirov, Dadaş İsmayılov, Ələhəddin Qarayev və Əsgər Mütəllimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Oxşar yazılar