Kürdəmir şəhərinə və magistral xətdən su alan kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Lent.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, məhdudiyyətlərə səbəb Külüllü-Kürdəmir magistral su kəmərində aparılan təmir-bərpa işləridir.
Bildirilib ki, məhdudiyyətlər təmir işləri yekunlaşana qədər davam edəcək.