Sankt-Peterburq və onun ətraflarında 64 minə yaxın daimi yaşayış yeri olmayan insan yaşayır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, belə insanlar tez-tez çətin vəziyyətə düşürlər, onların çoxu narkomaniyadan əziyyət çəkir və ölür.
Şəhərin Baltiyskaya küçəsində evsizlər üçün xeyriyyə xəstəxanası var. Həkimlər gündə təxminən 50 nəfərə kömək edə biləcəklər. Qeyd edilir ki, klinikada ailə həkimi, terapevt və travmatoloq işləyir. Həmin şəxslər diaqnostik prosedurlardan da keçə bilər - ultrasəs və EKQ, testlər.