Bu rayonlarda  güclü külək   əsir - FAKTİKİ HAVA
05 fevral 2024 15:35 (UTC +04:00)

Bu rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb .


Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a  bildirilib ki, 
fevralın 5-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

Küləyin maksimal sürəti: Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11640
avatar

Oxşar yazılar