Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 27-si saat 15:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Şahdağda qar yağıb.
Külək: Şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuqmərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək güclənib. Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə, Naxçıvan MR-da 16-19 dərəcə, dağlıq rayonlarda 9-14 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.