Bu rayonlara  qar yağır,   5 dərəcə şaxta var -  FAKTİKİ HAVA
19 mart 2024 16:11 (UTC +04:00)

Bu rayonlara qar yağır, 5 dərəcə şaxta var - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, martın 19-u saat 16:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Gədəbəy, Xaltan, Qrız, Şahdağda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR və Aran rayonlarında 11, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.

# 3753
avatar

Oxşar yazılar