Bu rayonlara  qar yağıb   - FAKTİKİ HAVA
22 yanvar 2024 13:09 (UTC +04:00)

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, yanvarın 22-si saat 13:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Göygöl, Şəki, Şahdağ, Qax, Astaranın dağlıq ərazilərində qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7929
avatar

Oxşar yazılar