Bu rayonda qar örtüyünün hündürlüyü 50 sm oldu - FAKTİKİ HAVA
28 yanvar 2024 09:53 (UTC +04:00)

Bu rayonda qar örtüyünün hündürlüyü 50 sm oldu - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 28-i saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü: Laçında 50 sm, Qax, Şahbuzda 48 sm, Ordubadda 29 sm, Şəkidə 24 sm, Lerikdə 23 sm, Daşkəsəndə 22 sm, Kəlbəcər, Göygöl, Lerik, Sədərək, Qrız,  Gədəbəy, Zaqatala, Şirvan, Yardımlı, Şahdağ, Qəbələ, Şərur, Xaltan, Altıağac, Ceyrançöl, İmişli, İsmayıllı,  Naxçıvan, Qubada 10 sm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, arabir  19 m/s-dək  güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrdir.

Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Lerikdə  duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək şaxta, dağlıq rayonlarda 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 19 dərəcəyədək şaxta  olub.

# 7914
avatar

Oxşar yazılar