Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranacaq.
Lent.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.
Bildirilib ki, bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 3 və 12 saylı hava xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov, Velədi, saat 14:00-dan 16:00-dək Digah və Şiləvar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.