Ginekoloq İdiliya Orfanova qadınların sağlamlığına zərərli olan məhsulları açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, marqarin və bal qadınların sağlamlığına mənfi təsir göstərir.
Onun sözlərinə görə, marqarin, hazır əriştə və bal qadınlarda xərçəng, diabet və hormonal balanssızlıq riskini artırır:
“Qadınlar bu məhsulların zərərli təsirlərinə daha çox həssasdırlar, çünki onların orqanizmində yağ sintezi prosesləri onların parçalanması proseslərindən üstündür.
Qadınların 2-ci tip şəkər xəstəliyinə tutulma riski kişilərə nisbətən daha yüksəkdir. Ona görə də ağ çörək, bulka, şirin yeməklər və hətta bal qəbul edərkən diqqətli olmaq lazımdır.
Balın tərkibində bor var ki, bu da qadın hormonlarının səviyyəsini azaldır və kişi hormonlarının istehsalını artırır. Qadınlar üçün digər zərərli məhsul isə bütün bədən sistemlərini məhv edən, hormonal səviyyələrə təsir edən və qocalmanı sürətləndirən spirtdir”.