"Jurnalistlərin işlədikləri və ya əməkdaşlıq etdikləri media subyekti Media Reyestrinə daxil edilməyibsə, jurnalist vəsiqəsi ala bilməyəcək”.
Lent.az bildirir ki, bunu APA-ya açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA)Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.
“Həmkarlarımızdan xahiş olunur ki, jurnalist vəsiqəsi üçün müraciət etməzdən əvvəl işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestrinə daxil edilmiş olduğunu dəqiqləşdirsinlər”,- S. Şəfiyeva qeyd edib.