Bu gündən meteor yağışı  BAŞLAYIR
02 oktyabr 2024 11:17 (UTC +04:00)

Bu gündən meteor yağışı BAŞLAYIR

“Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək. Oktyabrın 21-də meteorların sayı pik həddə olacaq”.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır.

Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər. Bakıdan yağış saat 22:00-dan 06:27-yə - səhər açılana qədər müşahidə olunacaq. Bu, ayın ikinci meteor yağışıdır. Drakonid meteor yağışı oktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq.

Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrünün tamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ci ildə görünəcək.

Bəzən meteorlar meteor yağışı kimi tanınan qruplar halında düşürlər. Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bu nöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantın yerləşdiyi bürcün adını daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Fidan İlqar

Oxşar yazılar

Güclü leysan və qar  yağacaq - Sabahın HAVASI

Güclü leysan və qar yağacaq - Sabahın HAVASI

2 oktyabr 2024 , 12:52
Güclü küləklə  bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

2 oktyabr 2024 , 12:36
Bakının mərkəzindəki yol TAM BAĞLANIR

Bakının mərkəzindəki yol TAM BAĞLANIR

2 oktyabr 2024 , 11:48
Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı

2 oktyabr 2024 , 10:18
Bakının bu qəsəbəsi qazsız qalacaq

Bakının bu qəsəbəsi qazsız qalacaq

2 oktyabr 2024 , 09:27
Bu gün Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Bu gün Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

2 oktyabr 2024 , 09:20
Üç bürc "qara" zolaqla  vidalaşacaq - Kimi böyük şans  gözləyir

Üç bürc "qara" zolaqla vidalaşacaq - Kimi böyük şans gözləyir

2 oktyabr 2024 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 oktyabr 2024 , 08:42