Bu gün Qaradağ, Binəqədi və Abşeron rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, “Pirəkəşkül” QPS-də separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 13-də saat 9:30-dan işlər başa çatanadək “Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.