“Buster dozadan sonra vaksin sertifikatı müddətsiz olur”.
Lent.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, bu, əldə olan son epidemioloji məlumatlara əsaslanır: “Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da hansısa müddət məhdudiyyəti tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir”.