Böyük faciənin 33-cü İLİ:  Bakı necə hazırlaşır? - REPORTAJ
17 yanvar 2023 16:25 (UTC +04:00)

Böyük faciənin 33-cü İLİ: Bakı necə hazırlaşır? - REPORTAJ

Yaddaşlarda “qanlı yanvar” kimi qalan o gündən nə az, nə çox düz 33 il ötür. Söhbət Azərbaycan xalqının qəlbində dərin iz qoyan 20 Yanvar faciəsindən gedir.  

Hər il olduğu kimi bu il də Şəhidlər Xiyabanı ərazisində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlıqlara başlanılıb.  

Lent.az-ın əməkdaşı sözügedən hazırlıqları müşahidə etmək üçün Şəhidlər Xiyabanına yollanıb. 

Şəhidlər Xiyabanı başdan-sonadək çiçəklərlə bəzədilib. Məzarların üzərinə güllər düzülüb.

Xiyaban ərazisində hazırlıqlar davam etsə də artıq insanlar buranı ziyarət etməyə başlayıblar. Havanın soyuq olmasına baxmayaraq, bu müqəddəs məkanı ziyarət edənlər arasında azyaşlılar daha çoxdur.

Xiyabanın girişində və bir neçə yerində çiçəklərdən müxtəlif kompozisiyalar yaradılıb. Xüsusilə ağ və qırmızı qərənfillərdən istifadə olunur. 

Xiyabanda gəzdikcə işçilər daha çox diqqətimizi çəkdi. Belə ki, burada çalışanlar öz işlərinə xüsusi diqqət göstərirdi. Onların yanından keçərkən birinin sözü bizi dayandırdı…

“Hər il bu gülləri düzərkən 20 Yanvar günü gözümün önündən film kimi keçir”. 

Elə bu sözündən məlum olur ki, bu xanım hər ilin bu günlərində 20 Yanvar faciəsinin anım günü üçün çalışır.

Biraz qəmli, bir o qədər də qürurlu ab-hava ilə yolumuza davam etdik. 

Şəhidlər Xiyabanında olduqca geniş hazırlıqlar, abadlıq və təmizlik işləri görülür. Xiyabandakı hər iki məşəldə profilaktika aparılır. 

Bu gün Şəhidlər Xiyabanını ziyarət edib bu xiyabanın tarixini, burada uyuyan insanların kimliyini bilməyən azərbaycanlı yoxdur.

Hər il olduğu kimi bu il də Azərbaycan xalqı günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsini dərin kədər və qürurla yad edir.

Hazırlıqlardan kadrları sizə təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4863

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir:  ulduzlar  nələr vəd edir?

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?

13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49