Satışına icazə verilməyən ət
03 mart 2021 16:05 (UTC +04:00)

Satışına icazə verilməyən ət

Baytarlıq ekspertizasından keçməyən ət satışının qarşısı alındı

0

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən, fiziki şəxs Eminov Natiq Fazil oğluna məxsus ət satışı mağazasında yoxlama keçirilib.

Agentlikdən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada ətin baytarlıq ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan satışa çıxarıldığı aşkar olunub. Eyni zamanada, mağazada sanitar-gigiyenik tələblərə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1369

Oxşar yazılar