İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin səhər saatlarından başlayaraq güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər şimal və qərb rayonlarından başlayaraq arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Qərb küləyi bəzi rayonlarda arabir güclü olacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.