Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a "Azərsu" ASC-dən bildirilib. Məlumata görə, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar oktyabrın 3-də gün ərzində Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.