Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat endirilib.
Bu barədə Lent.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
***
11.10
Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.