Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda hazırda yollardakı vəziyyət barədə məlumat yayıb.
Mərkəzdən Lent.az-a bildirilib ki, hazırda tıxac müşahidə olunan yollar bunlardır:
1. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;
2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə;
4. Alı Mustafayev küçəsi, 3 mkr dairəsi, körpünün üstü, Ziya Bünyadov prospekti istiqamətində;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Tbilisi prospekti, hər iki istiqamətdə;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
9. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;
10. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
14. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
16. Zərifə Əliyeva küçəsində;
17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.