Bakıda daha 2 küçədə sürət həddi endirilib.
Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata əsasən, avqustun 11-dən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş olunur.