Bakıda temperatur normadan yüksək olub - FAKTİKİ HAVA
12 avqust 2023 13:04 (UTC +04:00)

Bakıda temperatur normadan yüksək olub - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Bu barədə Lent.az-a Xidmətdən məlumat verilib. Bildirilib ki, havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3717
avatar

Oxşar yazılar