Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Lent.az xəbər verir ki, bu barədə DIN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Tbilisi prospekti, mərkəz istiqamətində;
5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. Zərifə Əliyeva küçəsində;
8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.