Bakıda şagird dərs zamanı canlı yayım açdı  - Müəllim reaksiya vermədi
23 may 2025 11:47 (UTC +04:00)

Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi

Bakı məktəblərindən birində şagird dərs vaxtı “TikTok”-da canlı yayım açıb.

Lent.az xəbər verir ki, dünən saat 11:15-də paytaxt məktəblərinin birində dərs zamanı şagird “TikTok” sosial platformasında canlı yayım açaraq, qeyri-etik ifadələr işlətməyə başlayıb.

İzləyicilər bildirir ki, həmin vaxt riyaziyyat müəlliminin sinifdə olmasına baxmayaraq, şagird canlı yayıma davam edib.

Lent.az Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlayıb. İdarənin cavabı olan zaman xəbər yenilənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220

Oxşar yazılar