Bakıda  küləyin sürəti   30 metri keçib - FAKTİKİ HAVA
09 oktyabr 2023 18:39 (UTC +04:00)

Bakıda küləyin sürəti 30 metri keçib - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib.

Küləyin maksimal sürəti arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlvəzdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 27-32 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2958
avatar

Oxşar yazılar