Bakıda küləkli hava nə qədər davam edəcək? -  AÇIQLAMA
15 iyul 2022 13:15 (UTC +04:00)

Bakıda küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA

Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən bu gün havada dispers toz hissəcikləri Bakının Nizami rayonunda 1.5, Səbail rayonunda 1.4, Xətai rayonunda isə 1,6 dəfə normadan çox olub.

Lent.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O deyib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir:

"Güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır”.

Gülşad Məmmədova qeyd edib ki, küləkli hava şəraiti günün sonunadək davam edəcək.

“İyulun 17-si axşam saatlarından yenidən şimal küləyinin arabir güclənəcəyi ilə əlaqədar havada tozun miqdarının normadan çox olacağı və 19-u axşamadək davam edəcəyi gözlənilir”.

# 1395
avatar

Oxşar yazılar