Bakı məktəblisi yeni kondisioner modeli hazırlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurumun tabeliyindəki 161 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmməd Vəlilinin hazırladığı iki hissədən ibarət qurğu sabit otaq iqliminin saxlanması və isti havanın qəbul edilərək sərinləşdirilməsi funksiyasını icra edir.
M.Vəlili hazırladığı qurğunu daha da təkmilləşdirməyi düşünür.
Qeyd edək ki, texnoloji yeniliklər etmək üçün daim öz üzərində çalışan məktəbli bundan öncə yeni formada təmizləmə funksiyasını icra edən tozsoran modeli və helikopter maketi hazırlayıb.
Gələcəkdə robot mühəndisi olmaq istəyən M.Vəlili boş vaxtlarında müxtəlif texnologiya və məişət əşyalarının mexanizmini dərindən öyrənərək onu daha təkmilləşdirilmiş formada tətbiq etməyə çalışır.