Konfransda mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar da iştirak edir.
Konfrans çərçivəsində keçiriləcək plenar iclaslara və bölmə iclaslarına aşağıdakılar daxildir:
Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış, Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi:
İslamofobiyanın yenidən nəzərdən keçirilməsi; İctimai rəyin formalaşdırılması:
Rəqəmsal islamofobiya; Ali təhsil kontekstində islamafobiya ilə mübarizə;
Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları;
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Lent.az APA-ya istinadla xəbər verir ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması; qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları; Cinsiyyətli İslamofobiyanın Matrisi Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət.
Qeyd edək ki, 15 mart tarixinin "İslamofobiya ilə mübarizə günü" olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" kimi qəbul edib.