Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdirildi
02 avqust 2024 10:58 (UTC +04:00)

Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda 199 və M8 nömrəli müntəzəm avtobus marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 2-5 avqust tarixlərində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəlixan Xoyski küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulmasıdır.

Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Hacıbəyli küçəsi və Vaqif prospekti ilə təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar