Bakıda daha bir marşrut xətti KARTLA ÖDƏNİŞƏ  keçir
13 iyun 2022 14:37 (UTC +04:00)

Bakıda daha bir marşrut xətti KARTLA ÖDƏNİŞƏ keçir

Bakıda 206 nömrəli marşrtu xətti də kartla ödənişə keçir.

Bakı şəhər İcra Hakimiyyəti başçısı yanında Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, iyunun 14-dən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s üzrə hərəkət edən 206 nömrəli müntəzəm marşrut xətti avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

# 2877
avatar

Oxşar yazılar