Bakıda daha bir küçədə sürət həddi endirilib.
Bu barədə Lent.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd olunur ki, avqustun 28-dən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş edilir.