Bakıda bu yollarda sürət həddi endirildi
08 yanvar 2023 14:47 (UTC +04:00)

Bakıda bu yollarda sürət həddi endirildi

Yağıntılı hava şəraitinə görə Bakının bəzi yollarında sürət həddi aşağı salınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hazırda paytaxt ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospektində, Aeroport şossesində, Mərdəkan-Buzovna yolunda, Bilgəh yolunda, Zığ şossesində quraşdırılan məlumat sürət portallarında hərəkət sürəti 20 km/saat endirilib.

# 3093
avatar

Oxşar yazılar