Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Belə ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 3-də 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinədək (Gənclik parkı)) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi - 8 Noyabr prospekti ilə təşkil ediləcək.