Bakı-Şamaxı-Yevlax  yolu BAĞLANIR
12 avqust 2024 14:33 (UTC +04:00)

Bakı-Şamaxı-Yevlax yolu BAĞLANIR

Bakı- Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

13 avqust saat 06:00-dan 16 avqust saat 19:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik  hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Fidan İlqar

Oxşar yazılar