Bakı Nəqliyyat Agentliyindəki  qanunsuzluqlara bağlı   Baş Prokurorluğa müraciət ediləcək
05 avqust 2023 10:47 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyindəki qanunsuzluqlara bağlı Baş Prokurorluğa müraciət ediləcək

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Palatadan Lent.az-a verilən məlumata görə, iclasda Hesablama Palatasının 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib. Aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Daha sonra iclasda 2023-cü ilin İş Planında nəzərdə tutulmuş auditlərlə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib, həmçinin funksional fəaliyyətlə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Oxşar yazılar