Bakı-Naxçıvan reysi GECİKİR: - SƏBƏB
17 yanvar 2024 10:24 (UTC +04:00)

Bakı-Naxçıvan reysi GECİKİR: - SƏBƏB

“Azərbaycan Hava Yolları”nın J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

Bu barədə Lent.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Oxşar yazılar