Bakı Metropolitenində necə işə düzəlmək olar? – CAVAB
28 mart 2024 12:31 (UTC +04:00)

Bakı Metropolitenində necə işə düzəlmək olar? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu Bakı metrosunda işə düzəlməklə bağlıdır.

Maraqlıdır, görəsən, Bakı Metropoliteninə işə düzəlmək üçün nə etmək lazımdır?

Lent.az xəbər verir ki, bunun üçün "Karyera" bölməsinin "Elektron ərizə" yarımbölməsindəki anketi doldurub, göndərmək lazımdır. Anket tamamlandıqdan sonra ekranda yaşıl fonda təsdiq məlumatının çıxmasına diqqət edin.

Bu, ərizənizin müvafiq bazaya avtomatik yerləşdirilməsi deməkdir. Namizədliyiniz uyğun gəldiyi təqdirdə sizinlə əlaqə saxlanılacaq və müsabiqəyə dəvət olunacaqsınız.

# 4128
avatar

Arzu Qurbanlı

Oxşar yazılar