Azyaşlıları idmana göndərən valideynlərin NƏZƏRİNƏ: “Çox diqqətli olun”
02 may 2023 16:44 (UTC +04:00)

Azyaşlıları idmana göndərən valideynlərin NƏZƏRİNƏ: “Çox diqqətli olun”

Sumqayıtda idman zalında azyaşlının başına gələn faciə son günlər medianın da ən çox müraciət etdiyi mövzulardan biri oldu. Məlum olduğu kimi. Ölkəmizdə əksər valideynlər övladlarının, əsas da oğlan uşaqlarının fiziki cəhətdən möhkəmlənməsi üçün bu tip zallara göndərirlər. 

Maraqlıdır, görəsən, idmanla məşğul olmaq uşağın fiziki və psixoloji inkişafına necə təsir edir?

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, azyaşlıların idmanla məşğul olması məsələsində çox diqqətli olmaq lazımdır. 

Onun sözlərinə görə, azyaşlının hansı idman növü ilə məşğul olmasını təyin etmək üçün psixoloq rəyinə ehtiyac var:

“Ümumiyyətlə, 7 yaşında olan bir uşağın anatomiyası və fiziologiyasında onun təlim fəaliyyətini şərtləndirən əsaslı dəyişikliklər baş verir. Burada onun beyin çəkisi, fiziki inkişafı, kilosu nəzərə alınır. Bəzən evdə valideynlər də uşaqları davaya sövq edir. Psixoloji cəhətdən uşaq buna hazırdırmı ya yox? Bunu bilmirlər. Bu gün idman psixologiyası deyə bir anlayış var. Azyaşlını əvvəlcə idman psixologiyası ilə tamamilə tanış etmək lazımdır. Kiçik yaşlı uşaqlarda əzələ və bağlar möhkəmlənir. Ümumi əzələlərin gücü artır. Ona görə də azyaşlıların güc tələb edən hərəkətləri asanlıqla etmədikdə onlarla sərt münasibət qurmaq lazım deyil. Çünki uşağı ürək-damar sistemi də sürətlə inkişaf edir. Bu səbəbdən onlarla çox diqqətli olmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3051
avatar

Arzu Qurbanlı

Oxşar yazılar