“Azəriqaz” İB-də media və QHT nüamayəndələri ilə növbəti görüş olacaq.
Lent.az xəbər verir k, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası aprelin 8-i saat 11:00-da başlayacaq.
Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Cari ilin mart ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.