Azərbaycanda faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, yanvarın 3-ü saat 20.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 18 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.