Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.
O bildirib ki, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiü ediləcək.
Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq.