“Ağ” partiya sədri Tural Abbaslının yaxın zamanlarda toyu olacaq.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələni dəqiqləşdirmək üçün “Ağ” partiya sədrinin müavini Əhəd Məmmədli ilə əlaqə saxladıq. O, yaxın günlərdə toy olacağını xəbərini təsdiqləsə də, toyun keçiriləcəyi tarixin hələ də dəqiq olmadığını qeyd edib:
“Yaxın günlərdə Tural bəyin toy mərasimi keçiriləcək. Dekabrın 21-ə planlaşdırılır. Amma pandemiya səbəbilə vaxt dəyişə də bilər. Mərasimin keçiriləcəyi şadlıq sarayını hələlik təyin etməmişik”.
Xatırladaq ki, Tural Abbaslı ötən ilin may ayında Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə nişanlanıb.
“Ağ” partiya sədri Tural Abbaslı və gələcək həyat yoldaşı