Evdə təhsil alan uşaqların sayı açıqlanıb.
Bu barədə Lent.az-ın sorğusunu Elm və Təhsil Nazirliyi cavablandırıb. Belə ki, 2022-2023-cü tədris ilinin əvvəlinə olan rəqəmlərə əsasən, evdə təhsil alan şagirdlərin sayı 7476 nəfərdir.
Onlardan ümumi proqram ilə təhsil alan şagird sayı isə 4209, xüsusi təhsil proqramı ilə təhsil alan şagird sayı 3267 nəfərdir.
Qeyd edək ki, bu isə o deməkdir ki, Azərbaycanda yeddi mindən çox uşağın məktəbə getmək üçün müəyyən sağlıq problemləri var.