Azərbaycanda müalicəvi su  "olmayacaq"
27 oktyabr 2022 11:44 (UTC +04:00)

Azərbaycanda müalicəvi su "olmayacaq"

“Qida sularının üzərində “müalicəvi” kimi sözlər yazılmayacaq”.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yeni qəbul olunmuş qanunun özəlliyi ondan ibarətdir ki, mineral suların üzərində həmin suyun müalicəvi əhəmiyyəti ilə bağlı yazılar olmayacaq:

“Eyni zamanda müxtəlif xəstəlik adlarının hallanmasına icazə verilməyəcək”.

Qoşqar Təhməzli bildirib ki, aparılmış monitorinqlər zamanı enerji içkiləri ilə bağlı əsasən 2 növ uyğunsuzluq aşkarlanır:

“Əsas uyğunsuzluq enerji içkisi olan məhsulların markalanmasında ciddi pozuntuların olması və enerji içkisi olmadığı halda üzərində enerji içkisi təəssüratını yaradan ifadələrdən istifadə edilməklə istehlakçıların aldadılmasıdır. Təbii mineral sular üzərində mineral tərkibi ilə bağlı məlumatların göstərilməsinə nəzarət gücləndiriləcək”.

# 2697
avatar

Arzu Qurbanlı

Oxşar yazılar