“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçiridi “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsinin icrasını başa çatdırıb.
Lent.az xəbər verir ki, üç ay davam edən layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarifləndirmək olub.
İcrasına 1 dekabr 2023-cü il tarixdə başlanan layihə çərçivəsində Azərbaycanda milli-mənəvi dəyərlərin ailə institutunun formalaşmasına təsiri”, “Müasir Azərbaycan ailəsi: keçmişdən gələcəyə daşınan miras”, “Ailə münasibətlərinin formalaşmasında milli dəyərlərin hüquqi normalarla tənzimlənməsi” və “Milli mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” sərlövhəli araşdırma xarakterli yazılar hazırlanaraq mətbuatda dərc olunub.
Layihə çərçivəsində “Azərbaycanda milli-mənəvi dəyərlərin ailə institutunun formalaşmasına təsiri”, “Müasir Azərbaycan ailəsi: keçmişdən gələcəyə daşınan miras”, “Milli-mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” və “Ailə münasibətlərinin formalaşmasında milli dəyərlərin hüquqi normalarla tənzimlənməsi” mövzularında tədbirlər keçirilib.