“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə”
layihəsinin icrasına başlayıb.
Lent.az-ın məlumatına görə, layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarfləndirməkdir.
3 ay davam edəcək layihə çərçivəsində Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli barədə araşdırma xarakterli 4 yazı hazırlanacaq.
Yazılar mətbuatda dərc ediləcək və aparılan araşdırmalarla bağlı müzakirələr təşkil olunacaq.