Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 337 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 802 nəfər müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib, aktiv xəstə sayı 1534 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6271, ötən müddət ərzində isə ümumilikdə 3 858 551 test aparılıb.