Azərbaycanda avtomobillərin məcburi texniki baxışı ləğv edilə bilərmi?
02 iyul 2021 17:30 (UTC +04:00)

Azərbaycanda avtomobillərin məcburi texniki baxışı ləğv edilə bilərmi?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu məcburi texniki baxışla bağlıdır.

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, bu ölkədə məcburi texniki baxış ləğv edilib. Qərar bu il avqustun 23-dən qüvvəyə minəcək. Bəs görəsən, Azərbaycanda da avtomobillərin texniki baxışı ləğv edilə bilərmi?

Rubrikamızın sualına tanınmış avtomobil eksperti Eldəniz Cəfərov aydınlıq gətirib. O bildirib ki, fiziki şəxslərə aid olan avtomobillər üçün məcburi texniki baxış ləğv edilməlidir:

Avtomobil eksperti Eldəniz Cəfərov

“Düşünürəm ki, Azərbaycanda fiziki şəxslərin idarə etdiyi avtomobillərdən başqa bütün digər avtomobillər məcburi texniki baxışdan keçirilməlidir. Avtobuslar, taksilər və digər nəqliyyat növləri ildə bir dəfə məcburi texniki baxışdan keçirilməsi daha yaxşıdır.

Məlumdur ki, ildə bir dəfə texniki baxış yol polisi tərəfindən həyata keçirilir. Amma inanmıram ki, orada bütün marka avtomobillərin texniki baxışı mümkün olsun. Məsələn, “Bentley”, “Ferrari” və s. yoxlamaq üçün Dövlət Yol Polisində imkanlar olduğunu düşünmürəm. Ona görə də, bu texniki baxışlar lisenziyası olan rəsmi servislərə verilməlidir. Təkrar edirəm ki, bu fiziki şəxslərə deyil hüquqi şəxslərə aid olsa yaxşı olar. Amma maşını satmaq istəyən, onu kasko sığorta etdirmək istəyən fiziki şəxs olsa belə, avtomobili mütləq texniki baxışdan keçirməlidir.

Fiziki şəxslərin idarə etdiyi avtomobillərin məcburi texniki baxışı ləğv edilə bilər. Ən azından Rusiya modeli bunu sübut edir. Ancaq hüquqi şəxslər mütləq avtomobillərini məcburi texniki baxışdan keçirməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4632
avatar

Mehman Nəbiyev

Oxşar yazılar