Azərbaycanda 61 məktəbdə dərslər  DAYANDIRILDI
16 noyabr 2021 16:24 (UTC +04:00)

Azərbaycanda 61 məktəbdə dərslər DAYANDIRILDI

Tədris ili müddətində Gigiyena və Epidemiologiya mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Bu barədə Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 37 məktəbdə isə müddət tamam olduqdan sonra əyani tədrisə qayıtıb..
 
Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılmışdır. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.
 

# 3933
avatar

Aytəkin Cəlali

Oxşar yazılar